Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda külək güclənib, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
Martın 24-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yağış yağır.
Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkidə arabir qar yağması müşahidə olunur.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında, o cümlədən Şahdağda 20 m/s, Kəlbəcərdə isə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-də 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında səkkiz, Lerikdə dörd, Oğuz və Qəbələdə üç, Şəkidə iki, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda bir millimetrdir.
Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda bir santimetrdir.
Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri altı mm olan dolu düşüb.
Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında beş, Aran rayonlarında dörd dərəcəyədək isti, Naxçıvan MR-da dörd, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
"Faktiki hava" teqi üzrə xəbərlər
- Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA
- Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA - 11.03.2025
- Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək? - 10.03.2025
- Ölkə ərazisində hava yağmursuz keçib - FAKTİKİ HAVA - 07.03.2025
- Qarlı hava şəraiti nə vaxtadək davam edəcək? - 27.02.2025