Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ölkəmizdə müəllif hüquqlarının pozulması ilə necə mübarizə aparılır? - Ekspert AÇIQLADI
Bu yaxınlarda Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Aynur Quliyevaya verilmiş filologiya üzrə fəlsəfə doktoru və dosent elmi adları 11 ildən sonra ləğv olunub.
Baku TV məsələyə aydınlıq gətirmək üçün qurumun məsul şəxsləri ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Bəs ölkəmizdə plagiatlıq, müəllif hüquqlarının pozulması ilə necə mübarizə aparılır, niyə bir alimin əslində beyin məhsulu oğrusu olduğu 11 il sonra ortaya çıxır?
Ekspert İdris Abbasov məsələ ilə bağlı bildirib ki, Azərbaycanda elmi işlərə nəzarət yoxdur:
"Elmi rəhbərlər, rəyçilər, opponentlər formaldır, çox vaxt maddi maraqlar zəminindədir. Plagiatçılığa qarşı mübarizə də yox dərəcəsindədir. Antiplagiat proqramı isə bəsitdir və çox vaxt plagiatı aşkarlaya bilmir".