Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılmasının təşviqi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Proqrama əsasən, utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması aparılacaq.
Həmçinin fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlər təşkil olunacaq.