Ağsu rayonunda örüş sahəsindən 141 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Vüsal Sarxanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Sarxanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12