Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Orqan satışı ilə bağlı elanlar artır: Cana can qatmaq, yoxsa “can bazarı”? - FOTO
“Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyən insanlarla bağlı və buna dair səhifələrə rast gəlinir”.
Məsələ ilə bağlı “Trend”ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib ki, bəzi orqan satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məsələlərin gündəmə gəlməsi xoşagəlməzdir.
“İnsanlar arasında bu haldan sui-istifadə edərək orqan alverinə cəhd xoşagəlməz haldır. Bu həm hüquqi, həm də tibbi tərəfdən birmənalı olaraq yolverilməzdir. Azərbaycan qanunvericiliyində bunu əngəlləyən hüquqi- normativ sənədlər var. Biz əminik ki, Səhiyyə Nazirliyinin tərkibində yaradılmış Koordinasiya mərkəzinin və hər bir xəstəxanada bu işlə məşğul olan ekspertlərin və xəstəxanaların özlərinin deontolojik, etik, hüquq kriteriyalarına uyğun olaraq bunun real nəticələri ilə rastlaşmamışıq”, - deyə deputat əlavə edib.
R.Mahmudov vurğulayıb ki, bu, birmənalı olaraq ölkəmizdə aparılan səhiyyə islahatlarına zərər verən bir hadisədir.
"Rəşad Mahmudov" teqi üzrə xəbərlər
- Tovuz döyüşlərinin başlamasından dörd il keçir
- Qohum evliliyindən xəstə doğulan uşaqların sayı ARTIR
- Ürəkdən ölənlər siyahısında niyə ikinciyik? - Həkim AÇIQLADI
- Oruc tutmağın orqanizmə möcüzəvi faydaları: Xərçəng hüceyrələri... - FOTO
- Rəşad Mahmudov: “Heç kimə sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir” - FOTO
Rəylər