Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Oruc Zalovun polkovnik oğlu vəzifəsindən AZAD EDİLDİ
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.
Oxu.Az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. Rəşad Zalovun təqaüdə göndərildiyi bildirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında (https://customs.gov.az) Rəşad Zalovla bağlı məlumatlar artıq silinib.
R.Zalov 18 mart 1980-ci ildə anadan olub. O, 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998-2022), polis general-leytenantı Oruc Zalovun oğludur.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Dövlət Gömrük Komitəsində təqaüd problemi: Eyni rütbə, üç dəfə az pensiya
- Şahin Bağırova yeni müavin təyin edildi: Generala yüksək vəzifə
- Şahin Bağırov: "Kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb"
- İxracdan əldə olunan 56 milyon manatdan artıq pul ölkəyə qaytarıldı