Dünən Şamaxı şəhərindəki "Şirvan" hotelində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, özünü 12 mərtəbəli mehmanxananın 10-cu mərtəbəsindən atan hotelin 27 yaşlı mühasibi Orxan Alıcanovun yeni evləndiyi məlum olub.
İş yoldaşları bildiriblər ki, O.Alıcanov 3 ay əvvəl ailə həyatı qurubmuş.
İntiharın necə baş verməsinə gəlincə, O.Alıcanovun xidməti iş otağı hotel binasının birinci mərtəbəsində yerləşib. Dünən günorta saatlarında binanın 10-u mərtəbəsindəki yeməkxanaya gələn mühasib hələlik dəqiqləşməmiş səbəblərdən özünü pəncərədən atıb.
Onun konkret hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
Qeyd edək ki, özünü 10-cu mərtəbədən atan O.Alıcanov hadisə yerindəcə vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
19:40 (11.12.2015)
Şamaxıda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən “Şirvan” hotelində qeydə alınıb.
Orada mühasib işləyən, Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Orxan Alıcanov hotelin damından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.