2025-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 865 min nəfərdən çox olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib.