Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Övladını naqillə döyən qadın tapıldı
Övladını naqillə döyən qadın tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.
O, həmçinin azyaşlının "Azərbaycan Uşaqları" ictimai birliyinin uşaq sığınacağına yerləşdirildiyini vurğulayıb.
Fevralın 3-də ananın uşağına işgəncə verməsi ilə bağlı görüntü sosial mediada yayılmışdı. Videoda ana azyaşlı övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edib. O, həmçinin uşağını çubuqla döyəndə incitmədiyi üçün naqillə vurduğunu deyirdi.
Sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda uşağın anası Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır:
"Azyaşlı M.E.Ramazanovanın anası Fatimə Rafiq qızı Ramazanova tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda Fatimə Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı bildirilib. Hazırda Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır".
Aygün Mirakif