Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda ana azyaşlı qızını naqillə döyürmüş: Qadının kimliyi məlum oldu
Övladına şiddət göstərən ananın kimliyi müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib. O bildirib ki, sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.
"Həmin şəxsin kimliyi müəyyən olunub, onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".
Azərbaycanda ananın övladına işgəncə verdiyi əks olunan videogörüntü yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.
Paylaşımda ana övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edir.
Videoda ana uşağını çubuqla döydükdə incitmədiyi üçün naqillə vurduğunu deyib. O, həmçinin qeyd edib ki, uşağın bədənində sağlam yer yoxdur.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
Sözügedən görüntünü təqdim edirik:
Aygün Mirakif
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır - TƏKLİF
- Azərbaycanda anasının sanitar qovşağa ataraq öldürməyə çalışdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI
- İranda polis beş yaşlı uşağı öldürüb: Hamilə anası da güllələnib
- Çində 17 uşağı qaçırıb satan qadın EDAM EDİLDİ
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu