Bu gün “Park İnn”də Azərbaycan Milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibəti ilə təşkil edilmiş “Milli mətbuat – 140” adlı tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan mətbuatında xüsusi əməyi olan KİV nümayəndələri təltif edilib.
Oxu.Az xəbər verir ki, tədbirdə ənənəvi TV və qəzetlərlə yanaşı, müasir dövrdə ictimai fikrin formalaşmasında əsas rollardan birini oynayan internet xəbər agentlikləri və xəbər saytları da mükafatlandırılanlar sırasında oldu.
Tədbirdə həmçinin QHT sektorunun və AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələrin qurulmasındakı fəal roluna görə Oxu.Az-ın baş redaktoru Elnur Baimova mükafat təqdim olundu.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müasir dünyamızda IV hakimiyyətin mühüm mövqeyindən, gənc nəsildə vətənpərvərlik ruhunun tərbiyə edilməsində rolundan danışdı.
Daha sonra Azay Quliyev bu gün mükafat alan, vətəndaş cəmiyyətinin quruculuğu uğrunda yorulmadan çalışan jurnalistlərə bu amal uğrunda sərf etdikləri əmək üçün təşəkkür etdi və işlərində uğurlar arzuladı.
Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev
www.oxu.az