Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Özəl klinikalarda qiymətlər necə təyin olunur?
Bu gün ölkədə bir çox vətəndaş özəl klinikalarda həkim qəbuluna düşmək üçün minimum 50 manat ödəyir. Hər bir qəbuldan sonra isə pasiyent əlavə analizlərə yönləndirilir ki, bu da ayrı bir xərc deməkdir.
Oxu.Az ATV-yə istinadən xəbər verir ki, bir ay sonra həmin həkimin qəbuluna təkrar müraciət edildikdə belə vətəndaşdan yenidən ödəniş tələb olunur. Halbuki, pasiyent hələ də xəstəliyinin konkret nə olduğunu bilmir. Bəzi hallarda isə müayinə olunmuş sahə həkimin ixtisasına aid deyil. Bu zaman pasiyent başqa bir həkimə yönləndirilir və təkrarən 50-100 manat ödəməli olur. Belə olan halda bir xəstəlik üçün dəfələrlə ödəniş edilməsinə baxmayaraq, dəqiq diaqnoz qoyulmur, müalicə isə ləngiyir.
Vətəndaşlar bildiriblər ki, bir həkim üçün 50 manat, digərinə 80 manat xərcləri çıxır. Qan analizlərinə isə ümumilikdə 400 manat ödəyirlər.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qiymətlər müəssisə ilə pasiyent arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən tənzimlənir.
Ətraflı süjetdə:

"Analitik Ekspertiza Mərkəzi (AEM)" teqi üzrə xəbərlər
- "Mərcan" klinikasında gizli əməliyyatlar: Lisenziyasız fəaliyyətə görə protokol tərtib edildi
- Bakıda abdominoplastika əməliyyatından sonra ölüm: Araşdırma aparılır
- Məşhur plastik cərrahdan şikayət: "Məni üç dəfə əməliyyat edib pis vəziyyətə qoydu"
- Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
- Bakıda fəaliyyəti qadağan edilmiş cərrahla bağlı ARAŞDIRMA APARILIB - Klinika CƏRİMƏLƏNİB