Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp jurnalisti suala görə danladı
ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalının jurnalistini Qətərin hədiyyə etdiyi təyyarə ilə bağlı sualına görə danlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. İnsident Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa ilə Ağ Evdə keçirilən görüş zamanı baş verib.
Tramp görüş zamanı Ramafosa ilə CAR-da ağdərili fermerlərə qarşı soyqırımı ittihamlarını müzakirə edib və ehtimal olunur ki, bu iddiaları sübut edən videolar nümayiş etdirib. Bundan sonra jurnalistlərə sual verməyə icazə verilib. NBC müxbiri isə Qətər təyyarəsi ilə bağlı sual ünvanlayıb.
"Bilirsiniz, sizin buradan çıxmağınızın vaxtıdır. Bunun Qətər təyyarəsi ilə nə əlaqəsi var? Biz bir çox başqa məsələlərdən danışırıq və NBC sizin indicə gördüklərinizlə bağlı mövzudan yayınmağa çalışır. Siz dəhşətli bir müxbirsiniz", - deyə Tramp cavab verib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "İsrail və İran sülh üçün mənə müraciət ediblər"
- İran Beer-Şevada binanı raketlə vurdu: Altı nəfər öldü, xəsarət alanlar var
- Tramp Qətərdəki hərbi bazaya zərbə endirməzdən əvvəl xəbər verdiyinə görə İrana təşəkkür edib
- Tramp İranın Qətərdəki ABŞ hərbi bazasına hücumuna görə təcili müşavirə çağırdı
- İranın Baş Qərargah rəisi Musəvi Trampın hücum qərarının səbəbini açıqladı