Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağsuda yağışdan sonra yollarda çökmələr genişləndi - Sürücüləri boğaza yığan problem
Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən hissəsində, yolun 147-ci kilometrliyində torpaq sürüşməsi nəticəsində yolun kənar hissəsi dağılıb, ərazidə çatlar əmələ gəlib.
Sakinlər bildiriblər ki, hərəkət zamanı ciddi çətinliklər yaşayırlar. Sürüşmələr əsasən dağ istiqamətindən baş verir. Yolun bəzi hissələrində çökmələr və qırılmalar daha da dərinləşib.
Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə qiymətləndirmə və təhlükəsizlik tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bir neçə gün öncə də həmin ərazidə sürüşmə halları müşahidə olunub. Bəzi bərpa işləri aparılsa da, son günlər davam edən intensiv yağıntılar sürüşmənin yenidən aktivləşməsinə səbəb olub.
Ətraflı Baku TV-nin süjetində:

"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılacağı tarix məlum olub
- Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- Güclü külək, leysan, şimşək - FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
- Növbəti üç gün yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- Dağıstanda güclü QASIRĞA: Bəzi yaşayış məntəqələrində elektrik enerjisi KƏSİLDİ