Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.