Bakının mərkəzində intihara cəhd olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ikinci qrup əlil, 5 uşaq atası, Qarabağ əlili Zaur Həsənov üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib.
O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb.
Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intihara cəhdin səbəbləri araşdırılır.