Lənkəranda qeysəriyyə əməliyyatı zamanı uşağı ölən ata doğum şöbəsinin müdirini döyüb.
Oxu.Az-a AzVision.az-dan verilən məlumata görə, Lənkəran şəhər baş polis idarəsindən verilən məlumata görə, ötən gün saat 21:36-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev tərəfindən rayon prokurorluğuna xəstəxananın doğum şöbəsində Cəlilabad rayonu Əliqasımlı kənd sakini İsbarova Aynur Gülağa qızının doğuş zamanı uşağının ölməsi barədə məlumat daxil olub.
Həmçinin, həmin tarixdə həmin xəstəxananın doğum şöbəsinin müdiri Yeganə Nəhmətova ərizə ilə polis şöbəsinə müraciət edərək bildirib ki, o, xəstəxanaya gətirilən qadının yoldaşı Əkbərov Mirzəsəfər Xudam oğlu tərəfindən döyülüb.
İlkin məlumata əsasən, rayon prokurorluğu tərəfindən meyitə baxış keçirilib.
Müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Cəlilabad rayon sakini 7 aylıq hamilə İsbarova Aynur Gülağa qızı ötən gün saat 14 radələrində səhhətində olan problemlərlə əlaqədar xəstəxanaya müraciət edib və həmin doğum şöbəsinin müdiri Yeganə Nəhmətova tərəfindən qeysəriyyə əməliyyatı olunmasına baxmayaraq, A.İsbarovanın bətnində olan döl ölü doğulub.
Faktla bağlı, rayon prokurorluğunda araşdırma aparılır.