Aparıcı Səxavət Nurun Şaxta Baba libasında yarıçılpaq şəkilləri yayılıb.
Oxu.Az xəbər verir ki, məşhur teleaparıcı özünü “2014-cü ilin müasir Şaxta babası” adlandırıb.
Qeyd edək ki, aparıcı Səxavət Nurullayev 25 yanvar 1979-cu ildə Qubada anadan olub. 1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub.1999-cu ildə “Burç fm” radiosunda dj fəaliyyətinə başlayıb. Daha sonra fərqli telekanallarda aparıcı kimi fəaliyyət göstərib və hal-hazırda işinə davam edir.
Səxavət Nurun həmin fotolarını sizə təqdim edirik.
Aytən Sadıqzadə
www.oxu.az