Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda tibb bacıları bıçaqlaşdı
Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb.
H.Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E.İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib.
Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR
Ən çox oxunanlar