Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramında mülayim hava şəraiti gözlənilir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ilkin proqnozlara əsasən, dekabrın 31-də və yanvarın 1-də Bakıda və Abşeron yarımadasında qar yağacağı gözlənilmir. Həmin günlərdə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Temperatur rejiminin bu günlərdəki kimi olacağı gözlənilir. Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6-11 dərəcə istidir. (Trend)