Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Özünüməşğulluq proqramlarına cəlb edilənlərin sayı açıqlandı
Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib.
Oxu.Az-ın məlumatına görə, bunu DOST agentliyində keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub:
“Bu ilin səkkiz ayı ərzində artıq 4589 nəfər proqram tərəfindən təlimlərə cəlb edilib və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür”.
Nazir müavini qeyd edib ki, özünüməşğulluq proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiyəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir:
“Bu ilin səkkiz ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalarından olan şəxslər 2555 nəfərdir. Artıq bu ilin ötən dövründə 2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü