Çoxları sevindi bu ilin gəlişinə, bu tarixə. Tarix gözəl idi görünüşcə... Heyif ki, bu rəqəmlər tarixin səhifələrinə, taleyimizə təkcə gözəl görünüşü ilə yox, həm də dünyanı cənginə alan pandemiya - COVID-19, koronavirus ili olaraq daxil oldu.
COVID-19 minlərlə insanın həyatına son qoydu. Həyatını itirənlərlə yanaşı, bu virusla barışıq bir şəkildə yaşayanlar da çox oldu.
Pandemiya dövründə həyatını riskə ataraq digərlərinin, insanlığın həyatını qurtarmaq üçün çalışan polislər, həkimlər, gecə-gündüz bilmədən çalışdılar. Onları bizi, sizi və nəhayət gələcəyimiz qorudular. Onlar sağlam gələcək uğrunda sözün əsl mənasında müharibə elan etdilər. Görünməyən, bilinməyən, dinsiz, dilsiz, ruhsuz pandemiyaya...
Və nəhayət bu dövrdə - biz kütləvi informasiya vasitələri... Bəli, bu qurumlar gecə-gündüz bilmədən çalışır. Çünki dünyada nə baş verdiyini, nələr olduğunu bu sehirli qutulardan (tv, planşet, telefon) ancaq onların vasitəsilə öyrənmək olar. Elə Baku TV də pandemiya dövründə insanlara baş verənləri olduğu kimi operativ, doğru şəkildə çatdırmağa çalışdı. Və məncə öhdəsindən də layiqincə gəldi. 120-dən çox ölkədə çarəsiz qalmış vətəndaşlarımızla canlı əlaqə yaratdı. Dünyadakı azərbaycanlıları texnikanın imkanlarından yararlanaraq virtual şəkildə bir araya gətirdi. Məlumatlandı, məlumatlandırdı.
Bununla da kifayətlənmədi. Xəstəliyin ən çox yayıldığı dönəmdə belə işlərini axsatmadılar.
“Vəzifə borcumuzdur” deyib, özlərini təhlükəyə ataraq, koronaviruslu xəstələrin yanında oldular, onlara dəstək olduqları zaman belə, digərləri üçün reportajlar hazırladılar.
“Evdə qal, sağlam qal” şüarına çağırış etdik. Sağlamlığımızın qayğısına qaldıq, mütəmadi olaraq qorunmaq və qorumaq üçün yoxlanışlardan keçdik. Trendə düşdük. Abunəçilərimizin sayı 107 minə, aylıq baxış sayımız altı milyona çatdı. Biz qürur duyduq işinizlə, işimizlə - təşəkkürümüzü belə ifadə etdik və mükafatdırıldıq.
Biz operativ şəkildə doğru xəbəri ictimaiyyətə çatdırmaqla vəzifəliyik. İşimiz vicdanla xalqımıza xidmət etməkdir. Baku TV hər yerdə, hər zaman xidmətinizdə...