Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pandemiya hansı sahələrin inkişafına təsir edir? - VİDEO
Peyvəndlənmə prosesindən sonra iqtisadi fəallığın bərpa edilməsi üçün müəyyən vaxt lazım olacaq. Çünki xidmət sahəsinə edilən dövlət dəstəyinə baxmayaraq, pandemiya bu sahəyə ciddi təsir edib.
Bunu ARB24-ün “Azworks” verilişinə açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, pandemiya həm işsizliyə, həm də yeni sənətlərin ortaya çıxmasına səbəb olub:
“Bu dövrdə rəqəmsal iqtisadiyyata keçmənin, uzaqdan idarəetmənin nə qədər vacib olduğunu gördük. Pandemiyadan sonra yeni İT mütəxəssislərə tələbat çoxalacaq. İqtisadiyyatın idarəolunmasında yeni texnologiyadan istifadəetməyə və insan əməyini daha az tətbiq etməklə istehsal sahələrinin idarəedilməsinə üstünlük veriləcək. Elm tutumlu sahələrə tələbatın gələcəkdə daha da artması gözləniləndir. Artıq bizim üçün ənənəvi olmayan elektron ticarətdən istifadə gündəmə gəldi. Həmçinin xidmət sahələrində qapanma kuryer xidmətlərini daha da aktuallaşdırdı.
Hər böhran müəyyən müddətlik çətinlik yaratsa da, daha sonra o, ciddi inkişafa yol açır”.
Rəylər