Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb
Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının İdarəsindən Oxu.Az-a bildirilib ki, xatirə kitabı Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində açılıb.
"Başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-na qədər (26-sı da daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.
24 aprel saat 19:00-da Müqəddəs Məryəm kilsəsində mərhum Papa Fransiskin ruhuna xüsusi ayin (messa) keçiriləcək. Ayinə Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edəcək", - məlumatda qeyd olunub.

Aygün Mirakif
"Papa Fransisk" teqi üzrə xəbərlər
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
- İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində
- Vatikan kardinalları yeni Papa seçmək üçün "Konklav" filminə baxırlar
- Roma Papası Fransiskin avtomobili Qəzzada səyyar tibb məntəqəsi kimi istifadə ediləcək
- Makron yeni Roma Papası seçkisinə təsir göstərməyə çalışır