Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabları açılacaq
88 yaşında vəfat edən Roma Papası Fransiskin vəfatından sonra bir çox ölkələrdəki katolik icmalarında xatirə kitabları açılıb. Katolik dindarlar və arzu edən hər kəs bu kitablarda ürək sözlərini, başsağlığı diləklərini yaza bilər.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən başsağlığı kitabları ölkəmizdə də açılacaq.
Həmçinin qeyd olunub ki, mərhum Papa Fransiskin ruhuna hörmət əlaməti olaraq xüsusi ayin də keçiriləcək:
"Xatirə kitablarının açılacağı məkanlar və tarix barəsində aprelin 22-də ətraflı məlumat onlayn resurslarımızda paylaşılacaq".
Aygün Mirakif
"Papa Fransisk" teqi üzrə xəbərlər
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
- İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində
- Vatikan kardinalları yeni Papa seçmək üçün "Konklav" filminə baxırlar
- Roma Papası Fransiskin avtomobili Qəzzada səyyar tibb məntəqəsi kimi istifadə ediləcək
- Makron yeni Roma Papası seçkisinə təsir göstərməyə çalışır