Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Milli Məclisdə yeni vəzifəyə təyin edilən şəxs keçmiş "KVN"çi imiş
Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə sektor müdiri təyin olunan İlqar Nəbiyev "Planet Parni iz Baku" KVN teatrının iştirakçısı olub.
Oxu.Az Yurd.Media-ya istinadən xəbər verir ki, İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından "Şən və Hazırcavablar" klubunda "Bakılı Oğlanlar" komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı "Planet Parni iz Baku" KVN teatrında da iştirak edib. İ.Nəbiyev daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və "Şən və Hazırcavablar klubu" yarışları təşkil edib.
İlqar Nəbiyev 2020-ci ilin mayından MM Aparatının Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri kimi çalışıb. Onun əvvəl tutduğu vəzifəyə isə həmin şöbənin əməkdaşı İlqar Nuri təyin olunub.
Milli Məclisdə yeni təyinatlar olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İlqar Nəbiyev parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsində sektor müdiri təyin edilib.
İlqar Nəbiyev bundan əvvəl Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri olub.
Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri vəzifəsinə isə İlqar Nuri təyin edilib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Azərbaycan beynəlxalq nizamda mühüm oyunçulardan birinə çevrilir"
- Fərid Şəfiyev: "Ermənistanda etiraf edirlər ki, "Sülh kəsişməsi" layihəsinin gələcəyi yoxdur"
- Deputat: "Azərbaycan dünyada bir-biri ilə rəqabət aparan ölkələr arasında balans seçməyi bacarır"
- Nigar Məmmədova: "Qlobal Cənub ölkələrinin əməkdaşlıq potensialından istifadə etməliyik"
- Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir