Ötən gün Bakının Səbail rayonunda 30 yaşlı kişi özünü öldürmək istəyib.
Oxu.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Park Bulvar”ın qarşısında baş verib.
Belə ki, axşam saat 18.00 radələrində 1984-cü təvəllüdlü Tural Mustafayev insanların gözü qarşısında siçan dərmanı qəbul edib. Hadisə şahidləri hadisə yerinə təcili yardım həkimləri çağırıblar.
Tural Mustafayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin