Bakıda yolun hərəkət hissəsində qalan avtomobil sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində baş verib.
Belə ki, "Azsamand" markalı avtomobilin sürücüsü parklanma zamanı əl əyləcindən istifadə etmədiyi üçün maşın yolun hərəkət hissəsinə çıxıb və yolu kəsib. Nəticədə yolda hərəkət çətinləşib. Hadisə şahidləri avtomobilin yol kənarındakı bordürə dəyərək dayandığını bildiriblər.
Əzizə İsmayılova