Sürücünün yolayrıcında dayanan nəqliyyat vasitəsinə toxunduqdan sonra hadisə yerindən uzaqlaşmasının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə digər avtomobilin videoqeydiyyatçısı tərəfindən qeydə alınıb.
Görüntülərdən məlum olur ki, yolayrıcında düzgün park edilməyən "Ford Fusion" avtomobilinə dönmə əməliyyatını həyata keçirən 77-HN-873 dövlət qeydiyyat nişanlı "Toyota Prius" nəqliyyat vasitəsi toxunub.
Toqquşmadan sonra "Toyota Prius"un sürücüsü avtomobili saxlamadan yoluna davam edərək hadisə yerindən uzaqlaşıb.
Qaynar xətt:
(055) 224 12 12