Türkiyənin Batman şəhərində fəaliyyət göstərən idman zallarının birində baş verən yanğın nəticəsində 3 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə zamanı dünyasını dəyişən 42 yaşlı Emine Yağrinin Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşekin bacısı qızı olduğu məlum olub.
Özəl idman zalında baş verən yanğının səbəbi hələlik bəlli deyil. Hadisə yerində olan insanlar xilasedicilər tərəfindən təxliyə ediliblər. Tüstüdən zəhərlənən 12 nəfər təcili yardım maşınları ilə şəhərdəki müxtəlif xəstəxanalara çatdırılıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun qarşısı alınıb.