Diyarbəkirdə (Türkiyə) 13 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 4 nəfər ölüb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valisi Murat Zorluoğlu məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərdən üçü azyaşlıdır. Onlar xəstəxanada vəfat ediblər.
Bildirilib ki, yanğın təxminən iki saatdan sonra söndürülüb.
Hadisənin səbəbi ilə bağlı araşdırma başlanılıb.
Diyarbakırın (Türkiyə) Kayapınar rayonunda 13 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, aralarında körpə də daxil olmaqla 23 nəfər xəstəxanaya aparılıb.
Bildirilir ki, pilləkənləri bürüyən tüstü səbəbindən 38 nəfər səbətli kran vasitəsilə təxliyə edilib.
Yanğının səbəbi açıqlanmayıb.
