Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Parlament təhlükə potensiallı obyektlərin siyahısının genişləndirilməsini qəbul edib](https://images.oxu.az/2025/02/14/PSJk9vZ6btJp2TiGJn8DJBHy28CkmkZeuGukh6YG:1200.jpg)
Parlament təhlükə potensiallı obyektlərin siyahısının genişləndirilməsini qəbul edib
Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinə, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək və təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.
Layihə səsə qoyularaq qəbul edilib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Aviasiya fəaliyyətinə qanunsuz müdaxilə ilə bağlı TƏKLİF
- Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
- Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunacaqlar?
- 2024-cü ildə bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb
- Vüqar Bayramov: "Bələdiyyələrin büdcə vəsaitlərinə tələbi azalmalıdır"