Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Avropanın top komandalarının reytinq siyahısı – "Neftçi" irəlilədi, "Qarabağ" gerilədi](https://images.oxu.az/2025/02/14/NsdtMoa70ryeHWhix9DEm1CMSOOWlFEsJyWdNo7T:1200.jpg)
Avropanın top komandalarının reytinq siyahısı – "Neftçi" irəlilədi, "Qarabağ" gerilədi
Avropanın top-komandalarının reytinq siyahısı açıqlanıb.
Oxu.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın dörd təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı "Qarabağ"dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu bir pillə geriləyib.
Üç pillə irəliləyən "Neftçi" 19 xalla 254-cüdür.
Dörd xal az toplayan "Sabah" iki pillə geriləyərək 278-ci sıraya enib.
14 xala malik "Zirə" isə beş pilləlik yüksəlişlə 286-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2 489 xala malik "Real Madrid" başçılıq edir.