Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
“Milli Məclisin Aparatında inqilabi dəyişikliklər baş verdi”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında deyib.
O bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamları və apardığı islahatlarla parlamentin Aparatında və İşlər İdarəsində sistemlilik mövcuddur.
Z.Oruc qeyd edib ki, Milli Məclisə işə düzəlməklə bağlı da yeniliklər mövcuddur.
“Artıq kiminsə qəyyumluğu ilə parlamentə işə düzəlmək ənənəsi yoxdur”, - deyə Z.Oruc əlavə edib.
Deputat qeyd edib ki, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əsasnaməsi hazırlanıb və deputatlara paylanılıb.
Aqşin Kərimov
Rəylər