Milli Məclisdə Azərbaycanda koronavirus infeksiyası ilə bağlı dinləmə keçiriləcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ Səhiyyə komitəsinin oktyabrın 7-də keçiriləcək iclasının gündəliyinə salınıb.
İclasda koronavirus əleyhinə vaksinasiya və görülən digər tədbirlər barədə də müzakirələr aparılacaq.