Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Paytaxt küçələrində qardan sonra yaşananlar: Sakinlər Baku TV-yə danışdılar
Baku TV qarlı-şaxtalı hava ilə bağlı paytaxt yollarında yaşanan vəziyyət barədə son məlumatları çatdırıb.
Bildirilib ki, Bakının Həsən Əliyev küçəsində şəhərin digər istiqamətləri ilə müqayisədə yollar daha çox buz bağlayıb.
Vurğulanıb ki, metronun "20 Yanvar" stansiyası ətrafında da intensiv qar yağıb.
Yolun hərəkət hissəsində hər hansı problem qeydə alınmasa da, səkilərdə vəziyyət ürəkaçan deyil.
Qeyd edilib ki, Bakı Dairəvi yolunda da avtomobillə hərəkət etmək xüsusilə çətindir və sürücülər bu istiqamətdə hərəkət edərkən diqqətli olmalıdırlar. Sakinlər də hava şəraiti ilə əlaqədar çətinlik yaşadıqlarını bildiriblər.
"Hər tərəf qardır. Sumqayıtdan bir saat yarıma gəlib çatmışam", - deyə sakin söyləyib.
Daha ətraflı videomaterialda:

"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Kamçatkada güclü qar həkimləri çıxılmaz vəziyyətdə qoydu: Xəstələr xizəklərlə daşınır
- Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
- Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə XƏBƏRDARLIQ
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- AFFA aşağı yaş qruplarının oyunlarını təxirə saldı