Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əfsanəvi Hollivud ulduzu və həyat yoldaşı evində ölü tapıldı
Əfsanəvi Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakava Santa-Fedəki evlərində ölü tapılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Santa Fe New Mexican" məlumat yayıb.
Qeyd olunur ki, 1991-ci ildən evli olan cütlük itləri ilə birlikdə tapılıb. Yerli medianın verdiyi məlumata görə, bunun cinayət hadisəsi olduğuna dair heç bir şübhə yoxdur.
Santa-Fe dairəsinin şerifi Adan Mendosa yerli medianın sualına cavab verərkən onların ölüm səbəbini və ya cütlüyün nə vaxt öldüyünü açıqlamayıb.
Xatırladaq ki, Cin Hekman "Crimson Tide", "Enemy of the State", "Behinf Enemy Lines", "The Quick and the Dead" və digər filmlərdə rol alıb.