Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur rusiyalı müğənni qadını maşınla vurdu
Rusiyanın Moskva vilayətində məşhur rusiyalı müğənni Aleksandr Buynov idarə etdiyi avtomobil ilə təqaüdçü qadını vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, Naro-Fominsk rayonunda baş verən hadisə zamanı sənətçi idarə etdiyi "Lexus LX 570" markalı yolsuzluq avtomobili ilə piyada keçidindən yolu keçən 61 yaşlı qadına çırpılıb.
Qadın müxtəlif dərəcəli xəsarətlər alıb, xəstəxanaya aparılıb.
"Mash"ın qeyd etdiyinə görə, ötən il ərzində Buynov 32 dəfə yol hərəkəti qaydalarını pozub.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiyada dəhşətli qətl: Qadını parçalayıb cəsədini ərzaq arabasında daşıdı
- Rusiya hərbi təyyarəsi ABŞ-nin təyyarədaşıyan gəmisini lentə aldı
- Dağıstanda qadın öz dəfnindən əvvəl "dirildi"
- Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb
- Ukrayna ordusu Kurskda enerji obyektini tamamilə məhv etdi
Ən çox oxunanlar