Paytaxt məktəblisinin məqaləsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) “National Geographic” jurnalında nəşr olunub.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 193 nömrəli tam orta məktəbin X sinif şagirdi Çingiz Şiqayev həşəratların yaşayış tərzini öyrənərək, onlar haqqında ingilis dilində məqalə hazırlayıb.
Bundan əlavə, məktəbin “Kiçik Akademiya”sının fəal üzvü olan Ç.Şiqayevə AMEA-nın Zoologiya İnstitutu tərəfindən bu istiqamət üzrə araşdırma aparmaq təklif edilib. Hazırda məktəblinin araşdırmaları davam edir.
