Ötən sutka ərzində Bakı şəhərinin Nəsimi rayonu üzrə dörd nəfər liftdə köməksiz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə bir müraciət daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla, dörd nəfərin liftdən çıxarılması təmin edilib.