Bakıda 7 yaşlı oğlanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 15-i saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub.
E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.