“Eurovision 2009” Norveç təmsilçisi Aleksandr Rıbak ötən gün Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, A.Rıbak Bakı izləyicilərinin qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxış edib.
Konsert 3 hissədən ibarət olub. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A.Rıbak bölüşüb. Üçüncü hissədə isə A.Rıbak solo konsertlə çıxış edib.
Aytən Sadıqzadə
www.oxu.az