“Eurovision 2009” Norveç təmsilçisi Aleksandr Rıbak Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, norveçli müğənni və skripkaçı mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.
A.Rıbak Bakı izləyicilərinin qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.
Müğənni ötən gün şəhərimizdə 28 yaşını qeyd edib. O, paytaxt küçələrində çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşıb.
Aytən Sadıqzadə
www.oxu.az