Bu gün saat 09:30 radələrində Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlumata görə, hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hündürlükdən yıxılan şəxsin öldüyü bildirilir. Hələlik hadisənin nə səbəbdən baş verdiyi və təfərrüatlar barədə məlumat verilmir.
Hündürlükdən yıxılan şəxsin fəhlə olduğu bildirilir. Onun təxminən 35 yaşlarında kişi olduğu deyilir. Meyitin əlində fəhlə əlcəyi də olub. Hadisənin intihar olduğu ehtimal edilmir.
Hadisə şahidləri bildiriblər ki, həmin fəhlə birinci gün imiş ki, işə çıxıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.