Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürüldü
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində obyektdə baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə saat 15:26-da məlumat daxil olub:
"FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları hadisə yerinə göndəriliblər. Ətraf ərazilərə, yaşayış yerlərinə, eləcə də bitişik digər sexlərə yanğının yayılmasının qarşısı alınıb. Yanğın məhdudlaşdırılıb, hazırda söndürülməsi istiqamətində işlər aparılır. Ərazi təxmini 5 min kvadratmetr olsa da, tüstülənmə olduğu üçün yanğın baş verən ərazini müəyyən etmək mümkün deyil".
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Baku TV hadisə yerindən canlı yayıma çıxıb:
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə baş verən yanğının ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ərazidə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirirlər.
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, Biləcəridə yerləşən mebel sexində yanğın başlayıb.
Məlumatla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Sumqayıtda zavodlardan birinin həyətində başlayan yanğın söndürüldü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- FHN Yeni il ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
- Rusiyada hərbi hissənin təcridxanasında yanğın: Hərbçilər faciəli şəkildə həlak oldular
- Bakıda məşhur mağaza YANDI: Hadisə yerindən GÖRÜNTÜLƏR
Rəylər