Bakının ən böyük prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib.
Məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Tbilisi prospektində qismən, Moskva prospektində (yol ötürücüsünün üstü) mərhələlərlə tam şəkildə məhdudlaşdırılacaq.
