Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paytaxtda qardan təmizləmə işləri davam edir
Fevralın 19-dan etibarən Bakı şəhərinə intensiv qar yağması ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 26-sı gecə saatlarından yağan qarın daha da güclənməsi ilə əlaqədar operativ tədbirlər görülməkdədir. Bununla bağlı gecədən xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbə yollarında da aparılır.
Gün ərzində kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, səkilər, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdirirlər.
"Qarlı hava şəraiti" teqi üzrə xəbərlər
- Yağıntılı hava davam edir, bəzi rayonlarda qar örtüyünün hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA
- Qarlı havalarda baş verən sığorta hadisələri - STATİSTİKA
- Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI
- Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?