Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb.
Qeyd olunub ki, Mətbuat prospektində velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.
"Əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır" -, deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında xətlənmə faktını təsdiqləyib.
"Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib. Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil", - deyə T.Orucov qeyd edib.
Fotoları təqdim edirik:
Əzizə İsmayılova
Rəylər