Bakıda, Zabrat-Maştağa yolunda yol cizgisinə müdaxilə edilib.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, vətəndaşlar kustar üsulla bunu edərək sürücülərin rahat dönməsini təmin etmək istəyiblər.
Paytaxtda yol cizgisinə müdaxilə edən şəxslər məsuliyyətə cəlb olundular - VİDEO
Lakin onlar nəzərə almayıblar ki, bu müdaxilə hər an qəza riski yarada bilər. Bəzi sürücülər də bunu edənləri qınayıb və vəziyyətin onları çaşdırdığını bildiriblər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, faktı törədən şəxslər müəyyən edilib və onlar məsuliyyətə cəlb olunublar".
Qaynar xətt:
(055) 224 12 12