"Türkiyə, Gürcüstan və Azərbaycanın Daxili İşlər nazirlikləri (DİN) arasında yeni nəsil mütəşəkkil cinayətkar qruplaşmalara qarşı birgə mübarizə məsələlərinin müzakirəsi üçün üçtərəfli mexanizmin yaradılması planlaşdırılır".
Oxu.Az "TGRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi deyib.
Onun sözlərinə görə, Gürcüstana son səfəri zamanı Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli mexanizmin yaradılması təklifini irəli sürüb.
"Yaxın günlərdə onu fəaliyyətə keçirəcəyik", - deyə nazir qeyd edib.